+1 səs
1,275 baxış
Terminlər, Sözlər bölməsində

Termin nə deməkdir? 

3 Cavab

+1 səs
 
Hər hansı ixtisas sa­həsinə aid anlayışı dəqiq ifadə edən söz və ya söz birləşməsi; istilah.

Terminlər ümumişlək olmayan sözlər kateqoriyasına aid edilsə də, bəzən terminlə ümumişlək söz arasında dəqiq sərhəd müəyyən etmək çətin olur. Məsələn, bir çox bədən üzvləri anatomiya termini, bitki adları botanika termini, heyvan adları zoologiya termini olsa da, eyni zamanda ümumişlək sözlərdir. Elə sözlər də var ki, həm ümumişləkdir, həm də termin kimi işlənir; məs.: sifət (dilçilik), burun (coğ­rafiya) və s. Terminlərin əksəriyyəti alınma sözlərdir. Hər hansı elmi anlayış hansı ölkədə yaranırsa, onu ifadə edən termin də həmin xalqın dilində yaranır və başqa dillərdə istifadə olunmağa başlayır. Bir çox hallarda terminlər ümumişlək söz­lərdən yaranır. Buna görə də terminin izahı verilərkən onun etimologiyasının açıqlanması həmin anlayışı daha dərindən başa düşməyə kömək edir. Bu, xüsusilə abreviatura şəklində olan terminlərə aiddir: PR (public relations – ictimai əlaqələr), İP (internet protocol – internet protokolu) və s.
+1 səs
1. Dilçilik. Elmin və ya istehsalın konkret bir sahəsinə aid olan əşya, proses və məfhumların adı. Tibbi terminlər.

2. Məntiqdə: hökmün tərkib elementi (subyekt və predikat).
+1 səs
Müxtəlif elm və ixtisas sahələri ilə bağlı olan söz və ya söz birləşmələri; məsələn: kvadrat, qəzəl, forte, aut, onurğa, akvarel və s.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 20 anonim Terminlər, Sözlər bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 20 anonim Terminlər, Sözlər bölməsində
+3 səs
2 cavab
soruşub 15 Yanvarda, 20 anonim Terminlər, Sözlər bölməsində
+3 səs
2 cavab
soruşub 15 Yanvarda, 20 anonim Terminlər, Sözlər bölməsində
+3 səs
2 cavab
soruşub 15 Yanvarda, 20 anonim Terminlər, Sözlər bölməsində
...