0 səs
75 baxış
Tibb, Sağlamlıq bölməsində

Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk tibbi yardım necə aparılmalıdır?

1 cavab var:

0 səs

Dağıntılar zamanı meydana çıxan travmalardan biri uzunmüddətli sıxılma sindromu-Kraş sindromudur. Kraş sindromu uzun müddət böyük mexaniki qüvvənin təzyiqi altında bədənin yumşaq toxumalarının zədələnməsi nəticəsində inkişaf edir. Sindromun meydana çıxmasına səbəb muxtəlif travmalar ola bilər. Daha çox zəlzələlər, muasir silahların istifadəsi zamanı baş verən dağıntılarda, inşaat meydanlarında, şaxtalar, karyerlərdə baş verən uçqunlar zamanı rast gəlinir. Ağır mexaniki qüvvə tərəfindən sıxılan yumşaq toxumada əzilmə, dağılma baş verir. Meydana çıxan ağrı zərərçəkmişin sinir, ürək-damar, tənəffüs sistemində ciddi pozuntular yaradır. Eyni zamanda əzilmə nəticəsində qansızmalar olur. Kraş sindromu zamanı ilk yardım kompleks şəkildə aparılır: 

  • Qısa müddət ərzində zədələnmiş şəxsin dağıntı altından azad edilməsi; 
  • Elastik kompressiya, zədələnmiş nahiyyənin soyudulması, ətrafların immobilizasiyası; 
  • Travmatik şok əleyhinə tədbirlər; 
  • Xəstənin yaxınlıqdakı xəstəxananın cərrahi şöbəsinə aparılması. 

Oxşar suallar

0 səs
1 cavab
0 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 02 Sentyabrda anonim Tibb, Sağlamlıq bölməsində
...