0 səs
5 baxış
Tibb, Sağlamlıq bölməsində

Bintləmə zamanı hansı qaydalara əməl olunmalıdır?

1 cavab var:

0 səs

Bintləmə zamanı aşağıdakı qaydalara riayət olunmalıdır: 

  • xəstəyə mümkün qədər rahat vəziyyət vermək lazımdır ki, ağrıları artmasın;
  • yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını soldan sağa olmaqla açırlar; 
  • bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir;
  • bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdır. Məsələn, sarğıdan sonra xəstə gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır; 
  • bintin uclarını bədənin sağlam hissəsi üzərində bağlamaq lazımdır.

Oxşar suallar

...