0 səs
5 baxış
Tibb, Sağlamlıq bölməsində

Elektrik cərəyanından zədələnmə zamanı ilk tibbi yardım necə göstərilir? 

1 cavab var:

0 səs
  • Elektrik cərayanının insan orqanizminə təsiri nəticəsində termiki yanıq hüşun itirilməsi, nəfəsin kəsilməsi, ani ölüm və ya ölüm halları baş verə bilər. Elektrik cərəyanından zədələnmə həm aşağı, həm də yuxarı gərginliklərdə baş verə bilər. İnsan orqanizmindən keçən 0,05 A gücündə cərəyan qorxulu, 0,1 A isə öldürücü təsirə malikdir. 
  • Elektrik cərayanının insana təsirinin nəticəsi həmin şəxsin gərginlik altında qalması müddətindən və ona göstərilən ilkin tibbi yardımdan asılıdır.Bu tədbirlər nə qədər tez və düzgün aparılarsa, bir o qədər də effektli olar. 
  • Elektrik cərayanı ilə zədələnmə zamanı ilkin olaraq zərərçəkən elektrik cərayanı təsirindən azad edildilməlidir. 
  • Zədələnmə termiki yanıqlarla müşahidə olunarsa I dərəcəli yanıq zamanı yanan yerə yanmaya qarşı maz və ya vazalin sürtmək, II,III və IV dərəcəli yanıqlar zamanı yanan yerə sterlizə edilmiş sarğı qoymaq lazımdır. Zədələnmə nəfəsin kəsilməsi ilə müşahidə olunmuşsa təcili tibbi yardım gələnə qədər zərərçəkənə süni nəfəs verilməlidir. 
  • Elektrik cərayanı ilə zədələnmə zamanı zərərçəkəni torpağa basdırmaq olmaz. Bu zaman döş qəfəsi sıxılır, nəfəs alma ağırlaşır və orqanizm soyuyur.
...