0 səs
54 baxış
Tibb, Sağlamlıq bölməsində

Termiki və kimyavi yanıqlar zamanı ilk tibbi yardım necə göstərilir?

1 cavab var:

0 səs

Termiki yanıqlar 4 qrupa bölünür: 

  • I dərəcəli (yüngül) termiki yanıqlar dərinin qızarması və ağrılarla səciyyələnir. 
  • II dərəcəli (orta ağır) yanıqlar zamanı yanan yerdə içərisi maye ilə dolu qabarcıqlar əmələ gəlir. 
  • III dərəcəli (ağır) yanıqlar zamanı bütün dəri qatı keyləşir.
  • IV dərəcəli (ən ağır)yanıqlar zamanı yalnız dəri deyil ,daha dərin toxumalar(əzələlər, vətərlər, sümüklər) zədələnir. 

I dərəcəli yanıqlar zamanı yanan yerdə yanmaya qarşı maz və ya vazelin sürtmək və tibb məntəqəsinə müraciət etmək lazımdır. II, III və IV dərəcəli yanıqlar zamanı yanan yerə sterlizə edilmiş sarğı qoymaq və zərərçəkəni tibb məntəqəsinə çatdırmaq lazımdır. Turşular, qələvilər və digər aşındırıcı kimyəvi maddələrlə yanma zamanı həmin maddənin bədənə düşən hissəsi güclü su axını yuyulmalı və zərərçəkən tibb məntəqəsinə çatdırılmalıdır. 

...