0 səs
108 baxış
Tibb, Sağlamlıq bölməsində

Süni nəfəs vermə üsulları necə tətbiq edilir?

1 cavab var:

0 səs
Daha effektli və əksər hallarda münasib sayılan süni nəfəs vermə üsulu “ağızdan-ağıza” və “ağızdan-buruna” hava verilməsidir. Orqanizm nəfəs almadıqda ona süni nəfəs verilir. Bu zaman zərərçəkənin ağzını açıb, ağzında selik maddəsi olduqda təmiz dəsmalla və ya tənziflə qurudulmalı və diş protezi varsa çıxarılmalıdır. Zərərçəkən arxası üstə uzadılmalı, onu sıxan paltarlardan azad olunmalı və dilin qırtlaq yolunu bağlamaması üçün başı arxaya əyilməlidir. Zərərçəkənin burun deşiklərini tıxayıb, dərindən nəfəs alaraq öz ağzınızı tənzif üstündən onun ağzına sıxın və sinəsi qalxana qədər güclü nəfəs verin. Özünüzün bütün ehtiyat nəfəsinizi verəndən sonra dərindən nəfəs alın. Lazım gəldikdə bu hal bir neçə dəfə təkrar oluna bilər. Bu zaman zərərçəkəndə zəif nəfəsvermə başlayır. Zərərçənin alt çənəsi yaralandıqda və yaxud çənələri kip bağlandıqda “ağızdan-ağıza” süni nəfəsvermə üsulundan istifadə oluna bilməz. Bu halda nəfəsvermə eyni qaydalara riayət olunmaqla “ağızdan-buruna” üsulu ilə həyata keçirilir. Əgər zərərçəkənin təkcə nəfəsi deyil, həm də yuxu arteriyasının nəbzi dayanmışsa, bu zaman yalnız süni nəfəs verməklə kifayətlənmək olmaz. Belə ki, oksigenin miqdarının az olması onun digər orqanlara və toxumalara ötürülməsinə imkan vermir. Belə hallarda qan dövranının süni yolla bərpa edilməsi üçün ürəyin zahiri masaj edilməsi vacibdir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 29 Apreldə, 21 anonim Biznes, Maliyyə bölməsində
+2 səs
1 cavab
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...