Bunlar hadisə yerində hər bir adamın göstərə biləcəyi ilk yardımdır. Bunlardan başqa, ixtisaslı həkim yardımına da (hiperbarik oksigenasiya, dərman müalicəsi və s.) ehtiyac var. Dəm qazı ilə zəhərlənmələrin ağırlıq dərəcəsindən asılı olmayaraq bütün hallarda müalicə üçün zərərçəkənin xəstəxanaya aparılması təmin olunmalıdır.