0 гол-в
28 просмотров
от в категории Biznes, Maliyyə

BVF-nin təşkilati strukturu necədir?

1 Ответ

0 гол-в
от
BVF-nin rəhbər orqanı İdarə Heyəti hesab olunur və burada hər bir iştirakçı ölkənin öz nümayəndəsi – başlıca olaraq, öz ölkəsində valyuta siyasətinə cavabdehlik daşıyan naziri və ya emissiya bankının prezidenti vardır. İdarə Heyəti vacib əhəmiyyətli məsələləri, xüsusilə iştirak normasının müəyyən olunması və dəyişilməsi, XAH emissiyası qaydaları və həcmi, onun kursunun təyin olunması və b. məsələlərin həll olunması üçün səlahiyyətləndirilmişdir.

 1974-cü ildən etibarən beynəlxalq valyuta sisteminin fəaliyyətinə hazırkı nəzarət və onun dəyişməkdə olan şərtlərə uyğunlaşdırılması 24 nəfərdən ibarət yeni Müvəqqəti Komitə (İnterim Committee) tərəfindən həyata keçirilir. Komitə məsləhətçi orqan olmaqla formal olaraq qərarların qəbul edilməsi hüquqlarına malik deyildir, amma faktiki olaraq BVF-də aparıcı rol oynayır. Həmçinin 24 nəfərdən ibarət iki qrup da vardır: birinci qrupa Afrika, Asiya və Latın Amerikası kontinentlərini təmsil edən hər biri 8 nəfərdən ibarət nümayəndə daxildir və onlar Müvəqqəti Komitənin iclaslarından əvvəl görüşürlər. İkinci qrupa isə inkişaf etmiş ölkələrin nümayəndələri aid edilir. Sonuncu qrup Orta və Şərqi Avropa ölkələrinə yardım göstərilməsini təmin edir.

 BVF-nin cari təsərrüfat rəhbərliyi İcraçı Direktorluq tərəfindən həyata keçirilir. Məhz burada hansı ölkələrin və hansı şərtlərlə BVF-nin kredit alanları olması haqqında qərarlar qəbul edilir. Eyni zamanda, BVF-nin kredit siyasətinin əsasları İdarə Heyəti tərəfindən işlənib hazırlanır (kredit siyasəti, müxtəlif növ kreditlər, kredit almaq üçün ölkənin əməl etməli olduğu kriteriyalar və s.).

 BVF regionlarda öz şöbələrini təsis edir. Belə ki, Avropada onun iki şöbəsi vardır. Onların birinə inkişaf etmiş Avropa ölkələri daxildir. İkinci şöbə isə 1991-ci ildən sonra bir sıra Şərqi və Mərkəzi Avropa ölkələrinin BVF-nə daxil olması ilə əlaqədar yaradılmışdır.

Похожие вопросы

0 гол-в
1 ответ
спросил 19 Авг от аноним в категории Biznes, Maliyyə
+3 гол-в
1 ответ
спросил 22 Апр от аноним в категории Biznes, Maliyyə
+2 гол-в
1 ответ
спросил 26 Янв, 20 от аноним в категории Qanun, Hüquq
+1 голос
1 ответ
спросил 18 Янв, 20 от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
...