BVF-nin siyasəti və vəzifələri Müqavilə Maddələri kimi (Articles of Agreement) tanınan nizamnamə ilə müəyyən edilmişdir. BVF-nin Müqavilə Maddələrində qısaca və dürüst ifadə edilmiş əsas vəzifələri aşağıdakılardan ibarətdir:
• beynəlxalq valyuta əməkdaşlığının dəstəklənməsi;
• beynəlxalq ticarətin tarazlaşdırılmış artımının təmin olunması;
• valyuta kurslarının sabit qalmasına şərait yaradılması;
• hərtərəfli ödənişlər sisteminin yaradılmasına kömək göstərilməsi və dünya miqyaslı ticarətin
inkişafına mane olan valyuta məhdudiyyətlərinin
aradan qaldırılması;
• ticarət və ödəniş məhdudiyyətlərindən istifadə etmədən ödəniş balansının pozulmaması üçün fondun üzvlərinin fondun resurslarına çıxışının təmin olunması;
• beynəlxalq maliyyə sisteminin inkişafı probleminin müzakirə olunması üçün forumların təşkilolunması.
Bu vəzifələr BVF-nin yaradıldığı vaxtdan dəyişməz olaraq qalmış, beynəlxalq valyuta sistemində baş verən dəyişikliklər nəzərə alınmaqla, yalnız onların yerinə yetirilməsi forma və metodları dəyişir.