0 səs
206 baxış
Biznes, Maliyyə bölməsində

Beynəlxalq ictimai maliyyə təşkilatları hansı xüsusiyyətinə görə seçilir?

1 cavab var:

0 səs
Dünyada bir çox beynəlxalq maliyyə təşkilatları (BMT) mövcuddur. Maliyyə təşkilatının təsisçiləri müxtəlif ölkələri təmsil edən şəxslər, eləcə də, dövlət strukturunu təmsil edən həm xüsusi, həm də rəsmi şəxslər olduqda, bu cür təşkilat beynəlxalq təşkilata aid edilə bilər. Dünya iqtisadiyyatında, o cümlədən, maliyyə sahəsində qloballaşma baş verdiyinə görə beynəlxalq investisiya fondları, hecer, lizinq, konsaltinq və digər şirkətlər, transmilli banklar və başqa beynəlxalq maliyyə təşkilatları meydana çıxmışdır. Onların hər biri üçün səciyyəvi xüsusiyyət müxtəlif ölkələri təmsil edən şəxslərin kapitalında iştirak etməkdən ibarətdir.Onlar bir çox ölkələrdə fəaliyyət göstərirlər, baş menecerlər və işçi heyəti də həmçinin müxtəlif dövlətlərə mənsub olan şəxslər tərəfindən təmsil olunurlar.

Dövlət orqanları və təşkilatları (hökumət, mərkəzi banklar və b.) tərəfindən yaradılan BMT qrupları da vardır. Məhz onlar beynəlxalq ictimai maliyyə təşkilatları (BİMT) adlanırlar. Bu, onların adında “ictimai” sözü ilə xüsusi qeyd olunur. Beləliklə, hər hansı bir təşkilatın beynəlxalq ictimai maliyyə təşkilatına aid edilməsini müəyyən edən xüsusiyyət təşkilatın beynəlxalq razılaşmalar əsasında təşkil olunması xüsusiyyətidir.

Maliyyə təşkilatı tərəfindən aparılan əməliyyatların miqyas və xarakterini bu cür hesab etmək olmaz. Əlbəttə, dövlətlərarası təşkilatlar, bir qayda olaraq, dünya miqyaslı və ya ayrı-ayrı regionlarda geniş yayılmış şəbəkəsi olan iri təşkilatlardır. Amma müasir dövrdə şəxsi kapital elə bir inkişaf səviyyəsinə çatmışdır ki, onun yaratdığı BMT fərqlidir və bəzən hətta BİMT-nin vəsaitlərinin miqdarını və apardığı əməliyyatların həcmini ötüb keçir. Beləliklə, transmilli banklar (TMB) geniş yayılmış beynəlxalq filiallar, nümayəndəliklər, müştərək banklar və beynəlxalq bank fəaliyyətinin digər təşkilati formalarına malikdirlər. Onların bəziləri artıq təqribən 1 trilyon ABŞ dolları miqdarında aktivlərə malikdirlər. TMB-ə Deutsche Bank/Bankers Trust (Germany/USA) və İndustrial Bank of Japan/Dai-İchi Kangeo Bank/Fuji Bank kimi bankları misal göstərmək olar.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 21 Apreldə, 21 anonim Biznes, Maliyyə bölməsində
...