+1 голос
83 просмотров
от в категории Terminlər, Sözlər

Kalleqrafiya nə deməkdir? 

4 Ответы

+1 голос
от
 
Лучший ответ
Təsviri incəsənətin bir növü; gözəl, ornamental xətlə yazı.

Kalleqrafiya təkcə gözəl deyil, həm də emosiyaları ifadə edə bilən yazıdır. Şərq ədəbiyyatı və incəsənətində islam dininin yayılmasından sonra xeyli inkişaf etmişdi. Bir sıra xəttatlar həm də ustad kalliqraf idilər. Onlar kitabın üzlüyünü və bəzi səhifələrini kalliqrafik naxışlarla bəzəyirdilər. İslam dininə görə şəkil çəkmək qadağan olunduğundan bəzi kalliqrafik yazılar müəyyən fiqurları xatırladırdı. Məsələn, “Qurani-Kərim”in “Fil” surəsinin mətni filə bənzədilirdi. Kalleqrafiya sənəti Qərbdə və Uzaq Şərqdə də inkişaf edib. Tətbiqi incəsənətdə də kalleqrafiya dan geniş istifadə edilir.
+1 голос
от
Dəqiq, səlis və gözəl yazmaq sənəti. Kalliqrafiya məktəbi.
+1 голос
от
Gözəl xətlə yazma sənəti.

Qədimdə əlyazma kitablar kalliqrafiya ustaları tərəfindən yaradılırdı. Müasir dövrdə kalliqrafiyadan açıqca, dəvətnamə və s.-nin yazılmasında istifadə olunur.
+1 голос
от
Təsviri in­cə­sənətin bir növü; gözəl, səlis, ornamental xətlə yazı.

Kalleqrafiya Şərq ədəbiyyatı və incə­sə­nətində qədimdən inkişaf edib, kitabların üzlüyü və səhifələri kalliqrafik naxışlarla bəzədilib. Jurnalistikada Kalleqrafiyanın imkan­la­rın­dan qəzet və jurnal adlarının yazılışında, nəşrlərin qrafik modellərinin hazırlan­ma­sında, habelə yeni şrift növlərinin yaradıl­masında istifadə edilir.

Похожие вопросы

+1 голос
4 ответов
спросил 17 Окт от аноним в категории Terminlər, Sözlər
+1 голос
3 ответов
спросил 14 Окт от аноним в категории Terminlər, Sözlər
+1 голос
1 ответ
спросил 14 Окт от аноним в категории Terminlər, Sözlər
+1 голос
1 ответ
спросил 14 Окт от аноним в категории Terminlər, Sözlər
+2 гол-в
2 ответов
спросил 13 Окт от аноним в категории Terminlər, Sözlər
...