Su axınlarının, dalğaların davamlı təsiri altında sahil süxurlarının mexaniki dağılması, ovulması.
Abraziya nəticəsində sahil zolağında relyefin xüsusi formaları yaranır, abraziya düzənlikləri, abraziya terrasları (platformalar), kliflər (Avraziya yarğanları), kekurlar (abraziya sütunları), əmələ gəlir. Sualtı abraziyanın intensivliyi nisbətən az olur. Amma okean sahillərində o, 100 metr, bəzən daha artıq dərinliyə qədər uzanır.