1. Xalq kütlələrinin maraqlarını müdafiə etməyə və onları hakim zümrənin maraqlarına qarşı qoymağa yönəlmiş ictimai fəaliyyət, siyasi doktrina.
Populizm ideyaları XIX əsrin sonlarından etibarən genişlənməyə başlayıb. Bu ideyalar öz əksini daha çox müxalif liderlərin çıxışlarında, KİV-in bürokratiyanı kəskin tənqid edən, hakimiyyət orqanlarına inamsızlıq yaradan yazılarında tapır. Politologiyada populizmə fərqli baxış bucaqlarından yanaşma mövcuddur: o, «birbaşa demokratiya»nın ən uğurlu modelindən tutmuş «demaqogiya»ya qədər ziddiyyətli qiymətlərə layiq görülür.
2. Çıxışlarda, məqalələrdə xalqa müraciət, ritorik üslub.
3. İnsanlarda ciddi problemlərin asanlıqla həll olunacağına sadəlövh inam formalaşdırmaqla xalq kütlələrinin rəğbətini qazanmaq cəhdi.