+1 👍
110 👀
Terminlər, Sözlər

Kannibal (kannibalizm) nə deməkdir? 

2 Ответы

+1 👍
 
Лучший ответ
1492-ci ildə Xristofor Kolumb Atlantik okeanı ilə özünün məşhur səyahəti zamanı digər yerlərlə bərabər, indi bizim Kuba və Espanyola (sonuncunun ərazisində hazırda Haiti və Dominikan Respublikası yerləşir) adlandırdığımız adaları da tədqiq etmişdi.

Orada Kolumb özlərini kalina, yəni güclülər adlandıran hindu qəbiləsi ilə tanış olur. Bu qəbilənin üzvləri Vest-Hindin bir neçə kiçik adasında, həmçinin Mərkəzi və Cənubi Amerikanın sahillərində yaşayırdılar.

Kuba və Espanyolanın yerli əhalisi onlardan bərk qorxurdu. Kubalı hindular həmin qəbilənin adını təhrif edərək kaniba, Espanyola sakinləri isə kariba adlandırırdı. Bəs “güclülər”dən gələn təhlükə nədən ibarət idi? Məsələ ondadır ki, onlar məğlub etdikləri düşmənlərini əsir götürür və yeyirdilər. Ola bilsin, kiçik adalarda qida tapmaq çətin olduğundan öldürülmüş düşmənin əti kasıb yemək süfrəsini zənginləşdirirdi. Kolumb və onun adamları bundan dəhşətə gəlmişdilər. Sonralar ispanlar “güclüləri” tamamilə məhv etdilər.

Bu əhvalat Avropaya gəlib çatanda adam yeyənləri kannibal adlandırmağa başladılar və bu söz bir çox dillərdə özünə möhkəm yer tutdu. Karib dənizi isə öz adını bu qəbilənin adının ikinci variantından – karibadan götürüb.
+1 👍
İbtidai tayfalar və xalqlar arasında yayılmış adamyemə adəti.

Kannibalizmin məişət və dini formaları mövcud olub. Daş dövrünün erkən mərhələsində geniş yayılmış, yalnız aclıqla bağlı olan məişət kannibalizmi ərzaq ehtiyatlarının artması ilə tədricən aradan qalxıb. Sonrakı dövrlərdə kannibalizm nadir hallarda baş verib; məs.: II Dünya müharibəsi dövründə (1939–1945) Leninqradın blokadası zamanı belə faktlar qeydə alınıb. Dini kannibalizm isə daha uzunömürlü olması ilə fərqlənir, ona dünyanın bəzi bölgələrində indi də rast gəlmək mümkündür.

Похожие вопросы

+1 👍
4
+1 👍
3
14/10/21 anonim Terminlər, Sözlər
+1 👍
1
+1 👍
1
14/10/21 anonim Terminlər, Sözlər
+2 👍
2
13/10/21 anonim Terminlər, Sözlər
...