0 səs
74 baxış
Biznes, Maliyyə bölməsində

Biznes planında maliyyə planı nə deməkdir?

1 cavab var:

0 səs

Biznes planının əsas və ayrılmaz hissələrindən biri maliyyə planıdır: marketinq, operativ fəaliyyət, müəssisənin əmlak hüquqları və fəaliyyətinin digər aspektləri ilə əlaqədar planlar dəyər göstəricilərində ifadə olunmuşdur. Maliyyə planı müəssisənin bütün fəaliyyətinin maliyyə baxımından təmin edilməsi vasitəsi kimi çıxış edir və eyni zamanda, bu fəaliyyətin maliyyə nəticələrini xarakterizə edir. Maliyyə planı biznes planın tərkibində aşağıdakı istiqamətlər üzrə işlənib hazırlanır: 

  • bazarların və nəzərdə tutulan satış həcminin əldə olunması üzrə layihə göstəricilərinin işlənib hazırlanması; 
  • maya dəyərinin (tam, qısa, eləcə də, istehsal, birbaşa və s.) müxtəlif növlərinin hesablanması; burada əsas yeri marketinq araşdırmaları, reklam, bazarların yaradılması ilə əlaqədar meydana çıxan xərclər tutur; 
  • • mədaxilin daxil olması dinamikasının proqnozlarını, debitor və kreditor borclarının dəyişdirilməsini, vergi ödənişlərinin optimallaşdırılmasını və s. nəzərdə tutan pul vəsaitlərinin illik axınlarının layihələşdirilməsi və maliyyə nəticələrinin müəyyən edilməsi; 
  • gəlirlər üzrə hesablaşmalar müəssisənin cari və perspektiv potensialı, eləcə də biznes planın digər bölmələrində müəyyən edilən məhdudiyyətlər ilə uyğun olmalıdır; 
  • investisiyaların lazımi həcmlərinin, istehsalın genişləndirilməsi üzrə maliyyə resurslarının mənbələrinin və onların gəlir üçün səmərələliliyinin və təsirinin müəyyən edilməsi.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 22 Apreldə anonim Biznes, Maliyyə bölməsində
+3 səs
1 cavab
...