+2 👍
93 👀
Bürclər, Fal, Magiya

Yuxuda balıq görmək nə deməkdir? 

1 Ответ

+1 👍
 
Лучший ответ
Yuxuda görülən balığın sayı bəllidirsə-qadına; bəlli deyilsə, çoxsa-oğurluq mala yozulur.

Dənizin dibində iri və kiçik balıqları bir yerə toplanmış halda görmək, onları bir-bir sudan çıxarıb yemək və ya hissə-hissə doğrayıb bölmək-o adam çıxartdığı balıqlar qədər var-dövlət sahibi olar. İri balıq-ölkənin baş vəziri və ya baş vəkilidir. Balıqlar məmləkətin əsgərinə, dəniz isə dövlətə yozulur.

Özünü suda balıq ovlayan görmək-0fərəhli və şad bir xəbər anlamındadır. İri balıq tutmaq-mənfəət və xeyrə yozulur; kiçik balıqlar isə-əldə ediləcək gəlirin kəsilməsinə yozulur.

Sazan balığı görmək-evlənməyə və xeyrə yozulur.

Yatağında balıq görmək-dəniz səyahətində bulunan adam üçün xəstəliyə yozulur.Bulanıq suda balıq ovlamaq-tasa, qayğı deməkdir. Balığı diri-diri yemək-yuxu görənin mal-mülk sahibi olacağına və körpəsinin doğulacağına işarədir.

Məhrəm yerindən balıq çıxdığını görmək-yuxu sahibinin arvadı boyludursa, qız doğacaq. Qızardılmışbalıq görənin duası qəbul ediləcəkdir.

Bir nəfər röyasında göydən balıq endiyini və onu yediyini görərsə, xeyir xəbər eşidəcək, düşmənlərini məğlub edərək yüksələcəkdir.

Похожие вопросы

...