+1 səs
160 baxış
Biznes, Maliyyə bölməsində
Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər edilmədiyi halda hansı cərimə və addımlar nəzərdə tutulur?

1 cavab var:

+1 səs
 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə görə icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Beləliklə, şəxs icbari sığorta müqaviləsini bağlamadığı təqdirdə il ərzində bir neçə dəfə inzibati məsuliyyətə cəlb oluna bilər.
...