+1 səs
19 baxış
Biznes, Maliyyə bölməsində
Hansı kateqoriyadan olan şəxslərə daşınmaz əmlakını icbari sığortası üzrə güzəşt tətbiq edilir?

1 cavab var:

+1 səs
 

“İcbari Sığortalar haqqında” Qanunun 40.3-cü maddəsinə əsasən ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir. Onu da qeyd edək ki, həmin şəxslərə məxsus evlərin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmişdir.

...