+1 👍
58 👀
Biznes, Maliyyə

Daşınmaz əmlakın icbari sığortası üzrə mənzilin dəyəri sığorta hadisəsi baş verən zaman ödənilən kompensasiya məbləğindən artıq olarsa dəymiş ziyan necə ödənilir?

1 Ответ

+1 👍
 
Лучший ответ
Sığorta hadisəsi zamanı daşınmaz əmlaka dəymiş zərərə görə icbari sığorta üzrə son hədd olaraq qanunvericiliklə müəyyən olunan (məs: Bakı şəhəri üzrə 25000 manat) sığorta məbləği həddində təzminat verilməsi nəzərdə tutulmuşdur. Vətəndaş daşınmaz əmlakın bazar dəyərinə uyğun olaraq əlavə təminat almaq üçün isə əmlakını könüllü qaydada sığorta etdirə bilər. Bu halda vətəndaşlar baş vermiş sığorta hadisəsi zamanı dəymiş zərərə uyğun olaraq (məs: Bakı şəhəri üzrə) maksimum 25000 manatadək olan hissədə icbari qaydada, 25000 manatı aşan hissədə isə könüllü sığorta müqaviləsi üzrə müəyyən edilmiş sığorta məbləği həddində, lakin əmlakın faktiki bazar dəyərindən artıq olmamaq şərti ilə sığorta ödənişi ala biləcəklər.
...