+1 səs
76 baxış
Biznes, Maliyyə bölməsində

Forma 4 arayışı hansı hallarda tələb edilmir?

1 cavab var:

+1 səs
 

“İcbari Sığortalar haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən yol-nəqliyyat hadisəsi haqqında Forma 4 arayışı aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda tələb olunmur:

  • Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;
  • Hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;
  • Hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;
  • Hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

Yuxarıda qeyd olunan şərtlərin hər birinin mövcud olduğu hallarda, hadisə iştirakçıları tərtib etdikləri və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etməlidirlər.

Oxşar suallar

+1 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 27 Apreldə anonim Biznes, Maliyyə bölməsində
+1 səs
1 cavab
+1 səs
1 cavab
...