Röyada bazara girib ev ehtiyaclarını təmin etmək üçün alış-veriş etmək, yaxud sadəcə bazarı gözdən keçirmək-cavan oğlan üçün çox gözəl bir röya olub, işlərinin geniş miqyasda inkişaf edəcəyinə; yaşlı kişilər üçün-məqamında cürət və cəsarət göstərərək çox mənfəətli bir durum təmin etməyə; gənc qızlar üçün-taleyin və bəxtin açılacağına; yaşlı qadınlar üçün-çox rahat və sakit bir həyat sürməyə yozulur.