+2 голосов
105 просмотров
от в категории Biznes, Maliyyə
Sığorta bazarının iştirakçıları kimlərdir?

1 Ответ

0 голосов
от
Sığorta bazarının peşəkar iştirakçıları:

Sığortaçılar (Satıcılar);
Təkrarsığortaçılar;
Sığorta vasitəçiləri (sığorta agenti və sığorta brokeri);
Aktuarilər;
Müstəqil auditorlar;
Müstəqil ekspertlər;
Sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər.
Sığorta bazarının digər iştirakçıları:

Sığortalılar (Alıcılar);
Sığorta olunanlar;
Faydalanan şəxslər.
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi


Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs


Təkrarsığortaçı - təkrarsığorta fəaliyyətinə lisenziyası olan, ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) tərəf


Sığorta agenti - müvafiq lisenziyası olan və sığortaçıya sığorta müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxs


Sığorta brokeri - müvafiq lisenziyaya malik olan və sığorta (təkrarsığorta) müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün sığortalıya (təkrarsığortalıya) vasitəçilik xidməti göstərən şəxs


Aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssisdir.


Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız maliyyə bazarlarına nəzarət orqanının reyestrinə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər.

Похожие вопросы

+2 голосов
1 ответ
спросил 27 Апр от аноним в категории Biznes, Maliyyə
+2 голосов
1 ответ
спросил 27 Апр от аноним в категории Biznes, Maliyyə
+1 голос
1 ответ
+1 голос
1 ответ
спросил 29 Апр от аноним в категории Biznes, Maliyyə
+2 голосов
1 ответ
спросил 27 Апр от аноним в категории Biznes, Maliyyə
...