+2 səs
20 baxış
Biznes, Maliyyə bölməsində
Kapital bazarı vasitəsilə maliyyələşmə necə baş verir?

1 cavab var:

0 səs
Kapital bazarı vasitəsilə maliyyələşən təşkilatlar aşağıdakı mərhələlərdən keçir:

Hüquqi şəxs müvafiq orqanı tərəfindən qiymətli kağızların buraxılışı ilə bağlı qərarın verilməsindən sonra qiymətli kağızın dövlət qeydiyyatı üçün Mərkəzi Banka müraciət edir və eyni zamanda, emissiya prospektini təqdim edir. Emissiya prospektində adətən təşkilatın maliyyə və idarəetmə vəziyyəti haqqında məlumatlar və listinqə çıxan qiymətli kağızın buraxılış şərtləri əhatə olunur.
Emissiya prospekti Mərkəzi Bank tərəfindən təsdiqləndikdən sonra emitent tərəfindən Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanır və təşkilat tərəfindən buraxılan qiymətli kağızın qeydiyyat və uçotunun aparılması məqsədilə mərkəzi depozitarda emissiya hesabı açılır.
Növbəti mərhələdə qiymətli kağızlar fond birjasında listinqə qəbul olunur və sonra fond birjasında yerləşdirilməsi həyata keçirilir. Fond birjasında qeydə alınmış əqdlər üzrə hesablaşmalar həyata keçirildikdən sonra yerləşdirmə başa çatmış hesab olunur.
Emissiyanın yekunları haqqında hesabat Mərkəzi Bank tərəfindən təsdiq olunduqdan sonra emitent emissiya edilmiş qiymətli kağızlardan irəli gələn vəsaitləri əldə edir. Emissiyanın yekunları haqqında hesabat Məlumatların Elektron Açıqlanması Sistemində açıqlanır və ictimaiyyət bu barədə məlumatlandırılır.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 27 Apreldə anonim Biznes, Maliyyə bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 23 Apreldə anonim Biznes, Maliyyə bölməsində
...