+2 səs
42 baxış
Biznes, Maliyyə bölməsində
Kapital bazarının infrastrukturuna nələr daxildir?

1 cavab var:

0 səs
Kapital bazarının infrastrukturuna investisiya şirkətləri, fond birjası, mərkəzi depozitar, klirinq təşkilatı, investisiya fondları, investisiya fondunun idarəçisi və investisiya fondunun depozitarı daxildir. Mərkəzi depozitar istisna olmaqla, digər nəzarət subyektləri bu sahədə müvafiq lisenziyaya malik olmalıdırlar.

İnvestisiya şirkəti fəaliyyətinin müstəsna predmeti səhmdar cəmiyyəti formasında əsas və yardımçı investisiya xidmətləri göstərən hüquqi şəxsdir. İnvestisiya şirkəti investorlara və emitentlərə maliyyə vasitəçiliyi xidməti göstərir.
Fond birjası fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsidir. Fond birjası dövlət qiymətli kağızları bazarının, korporativ qiymətli kağızlar bazarının və törəmə maliyyə alətləri bazarının ticarətini təşkil edir. Fond Birjası, həmçinin, likvidliyin artırılması və mərkəzləşdirilmiş ticarətin təşkil edilməsi ilə yanaşı, kapital bazarlarında şəffaflığı təmin edir.
Mərkəzi depozitar həm emitentlərə, həm də investorlara qiymətli kağız hesablarının açılması, qiymətli kağızların saxlanması, uçotunun aparılması, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı, qiymətli kağızların nömrələnməsi, qiymətli kağızlar üzrə faizlərin və dividentlərin ödənilməsi və digər xidmətlər göstərir. Ölkəmizdə mərkəzi depozitar funksiyası Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilir.
Klirinq fəaliyyəti qiymətli kağızlar və pul vəsaitləri üzrə alıcı və satıcıların öhdəliklərinin müəyyən edilməsidir fəaliyyətidir. Klirinq təşkilatı onun üzvləri olan investisiya şirkətləri və banklar ilə birlikdə ticarətsonrası sistemi təşkil edir.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 27 Apreldə anonim Biznes, Maliyyə bölməsində
+2 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 23 Apreldə anonim Biznes, Maliyyə bölməsində
...