+2 səs
21 baxış
Biznes, Maliyyə bölməsində
Korporativ qiymətli kağızlar hansılardır?

1 cavab var:

0 səs
Kapital bazarında özəl təşkilatlar tərəfindən maliyyələşmə üçün geniş istifadə olunan qiymətli kağızlar səhmlər və istiqrazlardır. Səhmlər sahibinə hər hansı bir təşkilatın aktivlərində müəyyən bir paya sahib olmaq və həmin paya uyğun olaraq təşkilatın gəlirinin bir hissəsini dividend şəklində əldə emək hüququ verən qiymətli kağızdır.

Səhmlər iki növə bölünür: adi və imtiyazlı səhmlər. Adi səhm mülkiyyətçiləri təşkilatın idarəçiliyində səs vermə hüququna malik olur. İmtiyazlı səhm mülkiyyətçiləri təşkilatın idarəçiliyində səs vermə hüququna malik olmur və səhmdar cəmiyyətin illik fəaliyyət nəticəsindən asılı olmayaraq əvvəlcədən müəyyənləşdirilmiş sabit faizlə dividend əldə etmiş olur. Səhm buraxılışı uzunmüddətli maliyyə vəsaiti cəlb etmək addımı kimi qəbul edilir və investorlarla yaradılan əməkdaşlıq təşkilatın fəaliyyətdə olduğu müddət ərzində davam edir.
İstiqrazlar isə səhmlərlə müqayisədə sahiblərinə təşkilatın idarə olunmasında heç bir iştirak hüququ vermir. İstiqrazı buraxan təşkilat istiqraz sahiblərinə istiqrazın növündən asılı olaraq faiz ödənişlərini müəyyən olunmuş tarixdə ödəyir. Başqa sözlə, istiqraz sahibləri istiqrazı dövriyyəyə buraxan təşkilata borc verir və bunun qarşılığında müəyyən müddətlər üzrə sabit gəlir qazanmaq imkanı əldə edir. İstiqrazlar iki növə bölünür: faizli və diskont istiqrazlar. Diskont istiqrazların yerləşdirilməsi zamanı onlar nominal qiymətdən aşağı qiymətə satılır və dövri ödənişləri olmur. Gəlir istiqrazın tədavül müddətinin sonunda nominal məbləğlə birlikdə ödənilir. Sabit gəlir və az riskə üstünlük verən investorlar əsasən istiqrazlara investisiya edirlər.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 21 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
...