+2 səs
50 baxış
Biznes, Maliyyə bölməsində
Dövlət qiymətli kağızları hansılardır?

1 cavab var:

0 səs
Dövlətlər adətən fiskal siyasətin həyata keçirilməsi, dövlət büdcəsində yaranmış kəsrin aradan qaldırılması, eyni zamanda dövlət layihələrinin maliyyələşdirilməsi məqsədilə dövlət istiqrazları buraxır.

Azərbaycanda dövlət qiymətli kağızları Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazlarıdır. Dövlət istiqrazları tədavül müddətinə görə digər istiqrazlar kimi qısa, orta və uzunmüddətli ola bilər. Qısa müddətli dövlət istiqrazları 1 ilədək, orta müddətli dövlət istiqrazları 1 ildən 5 ilədək, uzunmüddətli dövlət istiqrazları isə 5 ildən çox müddətə buraxılır. Orta və uzunmüddətli dövlət istiqrazları faizli, qısa müddətli dövlət istiqrazları isə adətən diskont formada buraxılır. Diskont istiqrazlarda faiz ödənişi olmur və bu istiqrazlarda gəlirlilik istiqrazın nominal qiyməti ilə onun satış qiyməti arasındakı fərqdən yaranır. Dövlət qiymətli kağızlarının defolt olma ehtimalı çox aşağı olduğundan bu maliyyə alətləri risksiz alət hesab edilir.
Dövlət istiqrazları ilə yanaşı, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən pul siyasətinin həyata keçirilməsi məqsədilə qısamüddətli notlar buraxılır. Bu notların tədavül müddəti bir ilədək olur. Bu qiymətli kağızlar tədavüldə olan pul kütləsinin tənzimlənməsi məqsədilə Mərkəzi Bank tərəfindən istifadə olunan maliyyə alətləridir.

Oxşar suallar

...