+2 səs
41 baxış
Biznes, Maliyyə bölməsində
Ödəniş kartları digər banklara aid olduqda POS terminalda ödəniş edərkən faizin tutulması nə ilə bağlıdır?

1 cavab var:

+1 səs
 
Ödəniş kartının hansı banka aid olmasından asılı olmayaraq təsərrüfat subyektlərində POS-terminal vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə kart sahibindən heç bir halda xidmət haqqı tutulmur. Belə ki, təsərrüfat subyekti ilə bank ekvayer arasında bağlanmış müqaviləyə əsasən təsərrüfat subyekti dövriyyəsindən və ya aylıq olaraq, bankın quraşdırdığı POS-terminala və göstərdiyi xidmətə görə banka xidmət haqqı ödəyir və bu səbəbdən kart sahibindən heç bir xidmət haqqı tutulmur.

Lakin ödəniş kartları ilə yerli bank filialları və poçt şöbələrində, habelə internet üzərindən dövlət büdcəsinə həyata keçirilən vergi, rüsum, cərimə və digər ödənişlər üzrə əlavə xidmət haqqı tutula bilər. Xidmət haqqının tutulması ilə bağlı məlumat müxtəlif üsullarla öncədən kart sahibinə bildirilməlidir.
...