+2 səs
45 baxış
Biznes, Maliyyə bölməsində
Kredit təşkilatı ilə müştəri arasında bağlanmış müqavilə üzrə öhdəliklər icra edilmədiyi təqdirdə bank hansı halda şəxsə məxsus hesabdan akseptsiz qaydada silmək hüququna malikdir?

1 cavab var:

+1 səs
 
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 964.2-ci maddəsinə görə, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Digər tərəfdən, İcra haqqında Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz, eyni zamanda əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 27 Apreldə anonim Biznes, Maliyyə bölməsində
+1 səs
1 cavab
soruşub 25 Yanvarda anonim Biznes, Maliyyə bölməsində
+2 səs
1 cavab
soruşub 27 Apreldə anonim Biznes, Maliyyə bölməsində
...