+2 səs
92 baxış
Terminlər, Sözlər bölməsində
Reportaj nə deməkdir?

2 Cavab

+1 səs
 
Aktual olay ­ba­rədə ətraflı məlumat verən material, jur­na­lis­tikanın informasiya janrlarından biri.

Bu janrın əsas xüsusiyyətləri onun operativliyi və müəllifin təsvir etdiyi ha­disənin şahidi, yaxud iştirakçısı ol­masıdır. Reportajda hadisələrə müəllif baxışı, faktların seçim üsulu, detallar mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda müxtəlif kütləvi kommunikasiya kanalları ilə (qəzet-jurnal, radio, televiziya, internet) yayılmaq üçün hazırlanan reportajlar arasında spesifik fərqlər nəzərə çarpır. Qə­zet reportajı bir hadisəyə, yaxud eyni mövzuya aid müxtəlif vaxtlarda və yerlərdə baş vermiş olaylara həsr edilə bilər. Radioreportajda xronoloji ardıcıllıq önə çıxır, səs obrazlarından, reperaundlardan istifadə ­olunur. Telereportajda gö­rün­tü, videosıralar, struktur ele­mentlərinin zənginliyi (stəndap, kadrarxası mətn, sinxron) vacib rol oynayır. İnternet reportajda canlı yayıma üs­tünlük verilir, müəllif, demək olar ki, görünmür.
0 səs
Günün aktual məsələlərindən bəhs edən jurnalistika janrı.
Reportajda hər hansı hadisənin şahidi və ya iştirakçısı olan reportyor həmin hadisə haqqında operativ məlumat verir.

Oxşar suallar

0 səs
2 cavab
soruşub 02 İyunda anonim Terminlər, Sözlər bölməsində
+1 səs
4 cavab
soruşub 26 Mayda anonim Terminlər, Sözlər bölməsində
0 səs
1 cavab
soruşub 21 Mayda anonim Terminlər, Sözlər bölməsində
0 səs
2 cavab
soruşub 20 Mayda anonim Terminlər, Sözlər bölməsində
0 səs
2 cavab
soruşub 11 Mayda anonim Terminlər, Sözlər bölməsində
...