+2 səs
28 baxış
Biznes, Maliyyə bölməsində

Anderraytinq nədir?

1 cavab var:

+2 səs
 
Anderraytinq - riskə qarşı sığorta etmə və ya yeni çıxarılan qiymətli kağızların bazarda təminata alınmasıdır. Anderraytinqin aşağıdakı növləri mövcuddur: Anderraytinq
sərt öhdəliklər əsasında; Anderraytinq ən yaxşı səylər əsasında; Anderraytinq "Stаnd-By ";
Anderraytinq "hamısı və yaxud heç nə" prinsipləri əsasında; Emitentin avanslı və avanssız
anderraytinqi və rəqabətli anderraytinq.
Anderrayter - vasitəçi xidmətidir və ilkin emissiyanın yerləşdirilməsində üzərinə öhdəlik alır.
Sövdələşmə o zamanı xətm edilir ki, anderrayter öhdəlikləri yerinə yetirmir. "Sərt öhdəliklər əsasında"
anderraytinq zamanı emitentlə müqavilənin şərtlərinə görə anderrayter təsbit edilmiş qiymətdə buraxılan qiymətli kağızların hamısını və yaxud bir hissəsini pul verib geri almaq məcburiyyətindədir.
Bu vəziyyətdə əgər qiymətli kağızların bir hissəsi birinci bazarda yerləşdirilə bilinməyəcəksə, onda
anderrayter qiymətli kağızın həmin bir hissəsini almaq məcburiyyətindədir. Anderrayter bu öhdəlikləri
yerinə yetirə bilməzsə, nəinki öz etibarını, həm də öz vəsaitini itirmiş olur.
"Ən yaxşı səylər əsasında" anderraytinq zamanı isə anderrayter emitentlə razılaşmanın
şərtlərinə əsasən qiymətli kağızların yerləşdirilməsi üçün maksimum səylərini sərf etməlidir. Bu
zaman anderrayterin finans öhdəliyi ancaq yayılmayan emissiyanın bir hissəsini pul verib geri
almaqdır. Belə vəziyyətdə bütün finans riski emitentin qiymətlərinə düşür.
"Stand by" anderraytinqin bir formasıdır. Bu zaman anderrayter köhnə səhmdarlar
tərəfindən alınmayan səhmlərin bir hissəsini almaq öhdəliyi üzərinə götürür və bu, onu gələcəkdə
yerləşdirmək şərti il olur.
"Hamısı və yaxud heç nə" anderraytinqi zamanı anderrayter emissiyanın hamısını tamamilə
yerləşdirməlidir. Müqavilə öz gücünü anderrayter götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi
zaman itirmiş olur.
Emitent öz qiymətli kağızlarını yerləşdirmək üçün avanslı və avanssız müqavilələr də
bağlaya bilər.
Rəqabətli anderraytinqin mahiyyəti ondan ibarətdir ki, burada müxtəlif anderrayterlər öz
aralarında rəqabət aparırlar. Emitentlə müqaviləni rəqiblərinə nisbətən ən yaxşı qiymət və şərtləri
təklif edən anderrayter bağlayır.
Emitent və anderrayterin qiymətli kağızların yerləşdirilməsi zamanı və müəyyən
müqavilələrin bağlanması zamanı qarşılıqlı əlaqə prosesi yaranan vəziyyətin analizindən asılıdır;
1. aksiyaların ictimai ixracı yolu ilə cəlb olunan pul vəsaitinin həcmi;
2. emitentin şərtlərinə uyğun gələn aksiyaların növünün seçilməsi;
3. onların qiymətli kağızlarını ən yaxşı yerləşdirə biləcək anderrayterlərin seçilməsi;
4. ixracın bütün xərcləri;
5. yeni ixrac edilmiş qiymətli kağızların yerləşdirilməsi üçün qiymət təklifi. Bir sıra
vaxtlarda anderrayter emitentdən ixrac hüququnu almaq üçün opsiona yazılır. Həmçinin diler
sərbəst şəkildə ixracın müəyyən hissəsini ala bilər, yerdə qalan hissəsini isə opsiona götürə bilər.
Göstərilən məsələlər emitentin qiymətli kağızları tədavüldə olarkən bir qədər asan həll edilir.
Dünya ölkələrinin praktikası göstərir ki, qiymətli kağızların emissiyasının hazırlanması və
yerləşdirilməsində anderrayterlərin iştirakı zamanı ixracın təxminən 70-80%-ə qədəri investisiya
şirkətlərinin payına düşür, yerdə qalan 20-30%-i isə emitentlərin payına düşür. Emitentdən alınan
qiymətlə satılan qiymət arasındakı fərq 1-25 % arasında dəyişir.
Anderrayterin dünya praktikasında funksiyaları aşağıdakı kimi müəyyən edilir:
1. Emissiyanın hazırlanması (şirkətin yenidən qurulmasına köməklik göstərmək emitentlə,
hüquqi firmalarla investisiya məsləhətçiləri ilə birlikdə emissiyanın təşkili və qiymətləndirilməsi);
2. yayılması (emissiyanın bir hissəsinin və yaxud hamısının pul verib geri alınması,
emissiyanın birbaşa yayılması, emissiyanın sindikatlar vasitəsilə satılması);
3. bazardan sonrakı müdafiə (ikinci bazarda qiymətli kağızın kursunun saxlanılması);
4. analitik və tədqiqati müdafiə qiymətli kağızın kurs dinamikasına və ona təsir edən
faktorlara nəzarət.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 29 Apreldə anonim Biznes, Maliyyə bölməsində
+1 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 27 Apreldə anonim Biznes, Maliyyə bölməsində
+2 səs
1 cavab
soruşub 27 Apreldə anonim Biznes, Maliyyə bölməsində
+2 səs
1 cavab
soruşub 27 Apreldə anonim Biznes, Maliyyə bölməsində
...