+3 səs
42 baxış
Biznes, Maliyyə bölməsində

Mərkəzləşmiş maliyyənin idarə olunması sahəsində RF-nin Hesablama Palatasının üzərinə hansı vəzifələr qoyulmuşdur?  

1 cavab var:

+1 səs
 
RF-nin Hesablama Palatası - Rusiya Federasiyasının Federal Yığıncağı tərəfindən yaradılan dövlət maliyyə nəzarəti orqanıdır və ona hesabat verir. Hesablama Palatasının əsas vəzifələri aşağıdakılardır: 1) federal büdcənin, federal qeyri-büdcə fondalrının gəlirlər və xərclər maddələrinin həcminə və məqsədli təyinatına görə vaxtında yerinə yetirilməsinə nəzarətin təşkili və həyata keçirilməsi; 2) dövlət vəsaitlərinin xərclənməsi səmərəliliyinin və məqsədəuyğunluğunun müəyyən olunması və federal əmlakdan istifadə olunması; 3) federal büdcənin vəsaitləri hesabına ödənilən xərcləri nəzərdə tutan və ya federal büdcənin yaxud federal qeyri-büdcə fondlarının yaradılmasına və yerinə yetirilməsinə təsir edən dövlət federal hakimiyyət orqanlarının federal qanunlar haqqında layihələrinin, normativ hüquqi aktlarının maliyyə baxımından ekspertizası; 4) federal büdcənin yerinə yetirilmə vəziyyəti və ona nəzarət məqsədilə aparılan tədbirlərin nəticələri barədə Federasiya Şurasına və ya Dövlət Dumasına verilən məlumatların mütəmadi olaraq təmin edilməsi.

Oxşar suallar

...