RF-də Federal Xəzinə Maliyyə Nazirliyinin bir bölməsi kimi fəaliyyət göstərir. Federal Xəzinə orqanlarınını əsas vəzifələri aşağıdakılardır: 1) Rusiya Federasiyasının büdcəsinin təşkili, həyata keçirilməsi və ona nəzarət; 2) vahid kassa prinsipinə əsaslanaraq bankların Federal Xəzinə hesablarında büdcənin gəlirlərinin və xərclərinin idarə olunması; 3) dövlət qeyri-büdcə fondlarının maliyyə baxımından yerinə yetirilməsi; 4) dövlət maliyyə resurslarının həcmlərinin qısa müddət ərzində proqnozlaşdırılması və onların operativ idarə olunması; 5) Rusiya Bankı ilə birlikdə dövlətin daxili və xarici borcunun idarə olunması və ödənilməsi; 6) Rusiya Federasiyasının büdcəsi və onun vəziyyətinə dair RF Hökumətinin maliyyə əməliyyatlarına dair qanunvericilik və icraiyyə orqanlarına hesabatının təqdim edilməsi.