RF-nin Maliyyə Nazirliyinin üzərinə aşağıdakı vəzifələr qoyulmuşdur: 1) vahid dövlət maliyyə siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi; 2) federal büdcə layihəsinin hazırlanması və yerinə yetirilməsi; 3) büdcə vəsaitlərinin və federal qeyri-büdcə fondları vəsaitlərinin rasional və məqsədli xərclənməsinə maliyyə nəzarətinin həyata keçirilməsi; 4) dövlət maliyyəsinin səmərəliliyinin təmin olunması və maliyyə bazarının inkişaf etdirilməsinə dair tədbirlərin yerinə yetririlməsi.