+3 səs
16 baxış
Biznes, Maliyyə bölməsində

Maliyyənin idarə edilməsi prosesi nə deməkdir?

1 cavab var:

+1 səs
 
Maliyyə sistemi çərçivəsində maliyyə resurslarının yenidən paylaşdırılması prosesi həmişə müəyyən məqsədlərin əldə olunmasına yönəldilmişdir. O, idarəetmənin müəyyən sxeminin yaradılmasını tələb edir. Daha ümumi formada, idarəetmə bu idarəetmə subyektinin idarəetmə obyektinə məqsədli təsirindən ibarətdir. Maliyyənin idarə edilməsi obyekti qismində maliyyə münasibətlərinin müxtəlif, o cümlədən xüsusi növləri vardır və onlar dövlətin sosial təbəqəsi, ölkədəki siyasi qüvvələrin bölgüsü və digər amillər ilə əvvəlcədən müəyyən edilir və yenidən paylaşdırma proseslərinə təsir edir. Dövlət, bələdiyyə maliyyəsində, təsərrüfat subyektləri maliyyəsində idarəetmə subyekti olaraq maliyyə apparatı adlanan xüsusi xidmətlər özünü göstərir. Maliyyə münasibətləri sahəsində dövlətin təsərrüfat subyektləri və ev təsərrüfatları ilə qarşılqlı əlaqəsi, hər şeydən əvvəl, vergi sistemi, kredit münasibətlərinin qaydaya salınması, maliyyə bazarının tənzimlənməsi, dövlət yardım sistemi, təqaüd təminatı sistemi, işləyən əhalinin gəlirlərinin tənzimlənməsi mexanizmi və s. vasitəsilə ifadə edilir.
...