+3 səs
19 baxış
Biznes, Maliyyə bölməsində

Dövlətin maliyyə siyasətinin hansı istiqamətləri vardır? 

1 cavab var:

+1 səs
 
Dövlətin maliyyə siyasətinin ən vacib istiqamətləri bunlardır: büdcə, vergi, investisiya, sosial, gömrük siyasəti.
Büdcə siyasəti müxtəlif təbəqəli büdcələrin qarşılıqlı əlqalərinin həyata keçirilməsi tədbirlərinin cəmindən ibarətdir. Xüsusilə büdcə siyasəti büdcənin gəlir hissəsinin strukturunda, müxtəlif təbəqəli büdcələr arasında xərclərin paylaşdırılmasında, büdcə kəsirinin kompensasiya edilməsi mənbələrində və vasitələrində, dövlət borcunun idarə edilməsi formalarında və metodlarında ifadə edilir. Federativ quruluşlu dövlətlərdə büdcə siyasətinin sosial-iqtisadi istiqaməti, büdcə federalizminin modelinin yaradılması növü bu məsələlərin həll olunması xarakterindən asılıdır.
Vergi siyasəti müvafiq büdcələrin gəlir hissəsinin formalaşdırılması məqsədilə iqtisadi subyektlər və əhali tərəfindən alınan gəirlərin bir hissəsinin məcburi olaraq götürülməsi ilə əlaqədar dövlət hakimiyyət orqanlarının və yerli özünüidarə orqanlarının fəaliyyətini ifadə edir. Vergi siyasəti öz təcəssümünü bu və ya digər vergi sisteminin qurulmasında tapmışdır. Dünyanın inkişaf etmiş ölkələrində vergi sistemi vergi növləri və vergi qoyma obyektlərinin müxtəlifliyi, eləcə də vergi ödəyicilərinin vergi orqanları ilə qarşılıqlı əlaqələrinin xarakteri ilə səciyyələndirilir. Buna baxmayaraq dünya təcrübəsinə əsasən vergi sisteminin qurulması üzrə müəyyən prinsip və üsullar işlənib hazırlanmış, müəyyən vergilərin və vergi qoyma sistemlərinin həyata keçirilməsinin mənfi nəticələri aşkar edilmişdir.
İnvestisiya siyasəti yerli və xarici investisyaların hər şeydən əvvəl iqtisadiyyatın real sektoruna cəlb olunması üçün şərtlərin yaradılması ilə əlaqədar kompleks tədbirlərdən ibarətdir. Maliyyə siyasətinin bir hissəsi kimi investisiya siyasəti dövlət idarəçiliyinin və təsərrüfat subyektlərinin maliyyə idarəçiliyinin müxtəlif səviyyələrində yerinə yetirilir. Bu siyasətin əsas vəzifəsi investorların Rusiya iqtisadiyyatına maliyyə vəsaitlərini qoya bilməsi üçün şərtlərin yaradılmasındadır, yəni çox böyük həcmli kapitallar Rusiyadan “getməsin”, əksinə xarici kapitalı axını baş versin. Sosial maliyyə siyasəti hər şeydən əvvəl Rusiya vətəndaşlarının RF Konstitusiyasında müəyyən olunmuş hüquqlarının maliyyə baxımından təmin olunması vəzifələrinin həll olunması ilə əlaqədardır. Hazırda sosial maliyyə siyasəti təqaüd haqqında siyasətdən, immiqrasiya siyasətindən, əhalinin ayrı-ayrı sosial qruplarına maliyyə yardımı haqqında siyasətdən və s. ibarətdir.
Gömrük siyasəti yerli mallar və xidmətlər bazarına girişi məhdudlaşdırmaqla və genişləndirməklə, eləcə də ölkədən ixrac edilən malları və xidmətləri saxlamaqla vergi və qiymət siyasətinin vəhdətindən ibarətdir. Beləliklə, gömrük siyasəti bir çox hallarda nəinki təsərrüfat subyektləri və dövlət, həm də təsərrüfat subyektləri və sahələr, regionlar arasında paylaşdırma proseslərini əvvəlcədən müəyyən edir. Rusiyanın gömrük siyasəti hazırda gömrük vergilərinin yığımının və ödənişlərin artırılmasına yönəldilmiş büdcə siyasətindən daha çox asılıdır.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 23 Apreldə anonim Biznes, Maliyyə bölməsində
+3 səs
1 cavab
...