+3 səs
50 baxış
Biznes, Maliyyə bölməsində

Müəssisələrin maliyyə siyasətinin məqsədləri nədən ibarətdir?

1 cavab var:

+1 səs
 
Müəssisələrin maliyyə siyasəti biznesin aparılması məqsədlərinə çatmaq üçün maliyyə menecerlərinin müəyyən məqsədlərə yönəldilmiş fəaliyyətidir. Müəssisənin maliyyə siyasətinin məqsədləri aşağıdakılar ola bilər: a) rəqabət şəraitində müəssisələrin yenidən bərpa edilməsi; b) müflisləşməyə və böyük maliyyə itkisinə yol verilməməsi; c) rəqiblər ilə mübarizədə liderlik; ç) müəssisənin bazar dəyərinin artırılması; d) müəssisənin iqtisadi potensialının sabit artım tempi; e) istehsal həcminin artımı və realizasiyası; ə) gəlirin artırılması; f) xərclərin azaldılması; g) səmərəli fəaliyyətin təmin olunması və s . Müəssisənin maliyyə siyasətinin bu və ya digər prioriteti, hər şeydən əvvəl, biznesin aparılması məqsədləri ilə əvvəlcədən müəyyən edilir. Qoyulmuş məqsədə çatmaq üçün maliyyə mexanizmindən istifadə edilir.

Oxşar suallar

...