+3 голосов
54 просмотров
от в категории Biznes, Maliyyə

Dövlət maliyyə siyasəti dedikdə nə başa düşülür? 

1 Ответ

+1 голос
от
 
Лучший ответ
Maliyyə siyasəti çox vaxt dövlətin öz maliyyə funksiyalarını yerinə yetirməsi üçün maliyyə münasibətlərindən istifadə edilməsi ilə əlaqədar dövlət orqanlarının müəyyən olunmuş fəaliyyəti kimi nəzərdən keçirilir. Maliyyənin bu cür şərh olunması özündə bir sıra təhlükələr yaradır. Məsələ burasındadır ki, dövlətin funksiya və vəzifələri xalq təsərrüfatının inkişafında dövlətin rolu barədə cəmiyyətdə üstünlük təşkil edən təsəvvürlərə uyğun olaraq formasını dəyişir, transformasiya edilir. Belə ki, misal üçün Rusiyanın iqtisadiyyatına dövlətin müdaxilə etməsi, əhalinin həyat fəaliyyətinin sosial-iqtisadi şərtlərinin tarazlaşdırılması və dövlətin funksiya və vəzifələrini müəyyən edən bir çox digər məsələlər hələ də müzakirə altındadır. Daha sonra, maliyyə siyasətindən yalnız dövlətin vəzifələrinin yerinə yetirilməsi vasitəsi kimi istifadə edilməsi mütləq dövlət hakimiyyət orqanları və yerli özünüidarə orqanlarının maraqlarının maliyyə sisteminin digər subyektləri, məhz təsərrüfat subyektləri və ölkə əhalisinin maraqları ilə toqquşmasına gətirib çıxarır və biz bunun şahidiyik. Misal üçün, dövlət hakimiyyət orqanlarının nümayəndələri daxil olmaqla, bir çox mütəxəssislər movcud olan vergi sisteminin qeyri-səmərəliliyini, biznesin bəzi sahələri isə onun zərərliyini əsaslandırmışlar. Bununla belə, o uzun müddət dəyişməz qalmışdır, lakin hazırda aparılan vergi sistemi adlı islahatlar onun mahiyyətini çox da dəyişmir. Bu halda dövlət maliyyə siyasəti faktiki olaraq ayrıca şəxslər qrupunun maliyyə siyasətinə çevrilmişdir və bunu dövlət hakimiyyətinin müvafiq orqanları fəal şəkildə həyata keçirirlər. Yuxarıda deyilənlərdən ən azı üç qənaətə gəlmək olar. Birincisi, dövlət maliyyə siyasəti öz şəxsi maraqlarını güdən bu və ya digər hakimiyyət orqanlarının öz məqsədlərinə çatması vasitəsi kimi deyil, cəmiyyətin sosial-iqtisadi vəzifələrinin həll olunması vasitəsi kimi çıxış etməlidir. İkincisi, dövlətin maliyyə siyasəti nəinki dövlət hakimiyyət orqanlarının, həm də maliyyə sisteminin bütün subyektlərinin maraqlarını nəzərə almalıdır. Üçüncüsü, dövlət maliyyə siyasətini və dövlət hakimiyyət orqanlarının maliyyə siyasətini bir-birindən ayırmaq lazımdır. Beləliklə, dövlət maliyyə siyasətini ölkənin maliyyə sisteminin bütün sahələrində maliyyə resurslarının bərabər artımının təmin olunması üzrə dövlətin sosial-iqtisadi siyasətinin bir hissəsi kimi hesab etmək olar. Dünya təcrübəsi göstərir ki, maliyyə resurslarının bərabər artımı zərurətinin nəzərə alınmaması maliyyə sisteminin özünün tənəzzülə uğramasına, iqtisadiyyatın zəifləməsinə və dağılmasına gətirib çıxara bilər.

Похожие вопросы

+3 голосов
1 ответ
спросил 21 Апр от аноним в категории Biznes, Maliyyə
+3 голосов
1 ответ
спросил 21 Апр от аноним в категории Biznes, Maliyyə
+3 голосов
1 ответ
+3 голосов
1 ответ
0 голосов
1 ответ
спросил 29 Апр от аноним в категории Biznes, Maliyyə
...