+3 səs
36 baxış
Biznes, Maliyyə bölməsində

Maliyyə sisteminin elementlərinin (sahələrin, sistemlərin, alt sistemlərin və s.) təsnifatının hansıüsulları mövcuddur? 

1 cavab var:

+1 səs
 
İqtisadi subyektlərin gəlirlərinin yaradılması metodlarından asılı olaraq maliyyə sistemini mərkəzləşmiş (yəni, ictimai maliyyə) və qeyri-mərkəzləşmiş (təşkilatların və ev təsərrüfatlarının maliyyəsi) maliyyə sahələrinə bölmək olar. Qeyd olunan sahələrin hər birində maliyyə resurslarının yaradılması və istifadə edilməsi üçün xüsusi forma və metodlardan istifadə edilir; bu forma və metodların hər biri iqtisadi münasibətlər subyektlərinin hər birinin xüsusi məqsədlərə çatmasına yönəldilmiş xüsusi funksional təyinata və müvafiq maliyyə mexanizminə malikdir. Maliyyə resurslarının yaradılması və formalaşdırılması mexanizmindən asılı olaraq maliyyə münasibətlərinin üç xüsusi sistemini ayırırlar: 1) təşkilatların maliyyəsi (təsərrüfat subyektlərinin); 2) ictimai maliyyə (dövlət və bələdiyyə); 3) ev təsərrüfatı maliyyəsi6 . Bu alt sistemlər öz növbəsində konkret iqtisadi subyektlərin pul fondlarının yaradılması və istifadə edilməsi mexanizmindən asılı olaraq ayrıca hissələrə bölünür, misal üçün kommersiya təşkilatlarının maliyyəsi, qeyri-kommersiya təşkilatlarnın maliyyəsi və s.

Oxşar suallar

...