+3 👍
67 👀
Biznes, Maliyyə

“Maliyyə sistemi” anlayışının məzmumu 

1 Ответ

+1 👍
 
Лучший ответ
Elmi və tədris-metodiki ədəbiyyatda “maliyyə sistemi” anlayışının təyin olunmasının müxtəlif üsulları mövcuddur. Ehtimal ki, bu həm də onunla əlaqədardır ki, “sistem”-in ilk anlayışı müxtəlif mənalara və çalarlara malikdir. Ojeqovun rus dili lüğətində sistem dedikdə həm “nəyinsə yaradılması forması”, həm öz vəzifələrinə görə eyni olan təşkilatlar və ya təşkilati baxımdan vahid təşkil edən müəssisələr toplusu, həm də ictimai quruluş forması” və ilaxir nəzərdə tutulur4 . Maliyyə sistemi əsasən “təşkilatlat toplusu”, “müxtəlif maliyyə münasibətlərinin cəmi”, “müəssisə və bazarların cəmi” və s. kimi nəzərdən keçirilir5 . Lakin qeyd edilən bu “cəmlər” “öz vəzifələrinə görə eyni cür olmaq və təşkilati cəhətdən vahidlik təşkil etmək” baxımından qoyulan mütləq tələbata cavab vermirlər. Maliyyə sistemini ümumi ictimai məhsulun paylaşdırılması və yenidən paylaşdırılması üzrə təkrar istehsal prosesinin bütün subyektləri arasında pul münasibətlərinin yaradılması forması kimi hesab etmək olar. İqtisadi münasibətlər subyektlərinin ümumi ictimai məhsulunun dəyərinin paylaşdırılması prosesində müxtəlif pul gəlirləri fondları yığılır.
...