+3 səs
24 baxış
Biznes, Maliyyə bölməsində

Maliyyə hansı funksiyaları yerinə yetirir?

1 cavab var:

+1 səs
 
Maliyyə münasibətlərinin əsas xarakteristikası onların paylaşdırıcı xarakterdir və ona görə də, Spider Solitarie.Ink maliyyənin əsas funksiyası paylaşdırıcı funksiyadır. Maliyyə vasitəsilə yerinə yetirilən bölüşdürücü proses mürəkkəb və çoxcəhətlidir. Maliyyə ümumi ictimai məhsulun həm birinci dəfə paylaşdırılmasında, həm də yenidən paylaşdırılmasında iştirak etməklə müxtəlif paylaşdırma mərhələlərinə xidmət edir. Maliyyə paylaşdırma metodu iqtisadiyyatın müxtəlif idarəetmə səviyyələrini əhatə edir: federal, regional (federasiya subyektləri səviyyəsində) və yerli (yerli özünüidarə orqanları səviyyəsində). Ona müxtəlif paylaşdırma növlərindən – təsərrüfatdaxili, sahədaxili, sahələrarası və ərazilərarası növlərdən əmələ gələn çoxpilləlilik xasdır. Maliyyənin köməyilə dövlət nəinki milli gəlirin yenidən paylaşdırılmasına, həm də istehsala, kapitalın yığılmasına və istehlak sahəsinə təsir edir. Maliyyə iqtisadiyyatın dövlət və özəl sektorunun, istehsal və sosial infrastrukturun, elmi-texniki nailiyyətin və s. inkişafında həlledici rol oynayır. Milli gəlirin paylaşdırılması nəinki istehsal və qeyri-istehsal sahələri, eləcə də bu sahələrin öz aralarında baş verir. Dövlət maliyyə mexanizmi vasitəsilə iqtisadiyyatın bir sahəsindən alınan gəlirin yarısını götürür və digər yerlərə, eləcə də sosial sahəyə yönəldir. Milli gəlirin yenidən paylaşdırılması prosesi dövlətin maliyyə siyasətinin xarakteri və ölkədə siyasi qüvvələrin bölgüsü ilə qabaqcadan müəyyən edilir. Ümumilikdə, maliyyənin paylaşdırıcı funksiyası aşağıdakılara imkan verir: 1) təsərrüfat subyektləri, əhali, hökumət, yerli özünüidarə orqanları səviyyəsində məqsədli pul vəsaitləri fondlarının yaradılması; 2) təsərrüfatdaxili, sahədaxili, sahələrarası, ərazilərarası yenidən paylaşdırma, eləcə də istehsal və qeyri-istehsal sahələri və sosial qruplar arasında yenidən paylaşdırma; 3) təsərrüfat subyekti, dövlət səviyyəsində rezervlərin yaradılması, eləcə də vətəndaşlar tərəfindən vəsaitlərin toplanılmasının yerinə yetirilməsi. Paylaşdırıcı funksiya ilə birlikdə maliyyənin əsas funksiyalarına həm də nəzarət funksiyasını aid edirlər. Paylaşdırıcı və nəzarət funksiyaları eyni iqtisadi prosesin iki tərəfini təşkil edir. Maliyyənin nəzarət funksiyasının əsasını maliyyə resurslarının hərəkəti təşkil edir. Bu vəsaitlərin hərəkəti xarakterindən çıxış edərək, cəmiyyət maliyyə vəsaitlərinin paylaşdırılmasında nisbətlərin toplanılması; maliyyə resurslarının təsərrüfat subyektlərinin sərəncamına vaxtlı-vaxtında daxil olmasının təmin edilməsi barədə öyrənmək imkanına malikdirlər; Əgər maliyyənin nəzarət funksiyası təcrübədə həyata keçirilməzsə, onda paylaşdırıcı funksiyanın səmərəliliyinin qiymətləndirmək mümkün deyildir. Bu da göstərilən funksiyaların yerinə yetirilməsində əlaqələndirmənin zəruriliyindən danışmağa imkan verir. Maliyyənin paylaşdırıcı funksiyası təbii şəkildə deyil, hüquqi normalara uyğun olaraq yerinə yetirilir. Norma, qayda, əsasnamə, hüquqi aktlar toplusu maliyyə fəaliyyətini və bununla da istehsal prosesini tənzimləməyi tələb edir. Beləliklə, maliyyənin üçüncü funksiyasından - tənzimləyici funksiyadan danışmaq olar. Maliyyənin tənzimləyici funksiyası məhz maliyyə münasibətlərinin yaradılmasının bütün səviyyələrində və sahələrində, onun quruluşunun iyerarxiyasında meydana çıxır.
...