Maliyyə elmi cərəyan kimi maliyyə resurslarının yaradılmasına, paylaşdırılmasına və ya istifadə edilməsinə əsasən meydana çıxan münasibətləri öyrənir və bu münasibətlərin inkişafının qanunauyğunluqlarını müəyyən edir. Maliyyə elmi barədə təsəvvür və anlayışlar inkişaf edir, yeni məzmun və ictimai həyatın adekvat reallıqları ilə zənginləşir. Maliyyənin sosial-iqtisadi mahiyyəti aşağıdakı sualların araşdırılmasından və cavablandırılmasından ibarətdir: bu və ya digər təsərrüfat subyekti, vətəndaş, dövlət, yerli özünüidarə orqanı kimin və nəyin hesabına öz maliyyə resurslarını yaradır və bu pul vəsaitləri fondu necə və kimin xeyrinə istifadə edilir?