+3 👍
221 👀
Biznes, Maliyyə

Maliyyə resursları nədir və onların mənbəyi nədir? 

1 Ответ

+1 👍
 
Лучший ответ
Əhalinin, təsərrüfat subyektlərinin, dövlətin, özünüidarə orqanlarının sərəncamında olan pul vəsaitlərinin cəmi maliyyə resurslarını təşkil edir. Maliyyə resurslarının mənbələri aşağıdakılardır:
• təsərrüfat subyektləri səviyyəsində – mənfəət, amortizasiya, qiymətli kağızların satışından gələn gəlirlər, bank krediti, faizlər, digər emitentlər ilə buraxılan qiymətli kağızlar üzrə dividentlər;
• əhali səviyyəsində - əmək haqqı, mükafatlar, əmək haqqına əlavələr, işəgötürən tərəfindən edilən sosial xarakterli ödənişlər, ezamiyyə xərcləri, sahibkarlıq fəaliyyətindən gələn gəlirlər, mənfəətdə iştirak etməkdən gələn gəlirlər, şəxsi əmlak ilə aparılan əməliyyatlardan gələn gəlirlər, maliyyə-kredit əməliyyatlarından gələn gəlirlər; sosial transferlər, eləcə də təqaüdlər, müavinətlər, stipendiyalar; istehlak krediti;
• dövlət, yerli özünüidarə orqanları səviyyəsində - dövlət və bələdiyyə müəssisələrindən gələn gəlirlər, dövlət və bələdiyyə əmlaklarının özəlləşdirilməsindən gələn gəlirlər, xarici iqtisadi fəaliyyətdən gələn gəlirlər, dövlət və bələdiyyə krediti, pulların emissiyası və qiymətli kağızların emissiyasından gələn gəlirlər.
...