+3 səs
16 baxış
Biznes, Maliyyə bölməsində

Maliyyə münasibətlərinin fərqli cəhətləri hansılardır? 

1 cavab var:

+1 səs
 
Maliyyə münasibətlərinin fərqli cəhəti odur ki, ümumi ictimai məhsulun yenidən paylaşdırılması prosesi məqsədli təyinata malik müxtəlif pul vəsaitləri fondlarının yaradılması ilə müşayiət edilir. Dövlət, yerli özünüidarə orqanları səviyyəsində yaradılan pul vəsaitləri fondları mərkəzləşmiş fondlar adlanır, lakin təsərrüfat subyektləri və ev təsərrüfatları səviyyəsində yaradılan pul fondları isə qeyri-mərkəzləşmiş fondlar adlanırlar. Təsərrüfat subyektlərinin müxtəlif fəaliyyət növlərindən gələn gəlirlərdən pul vəsaitlərinin xüsusi fondlarlı yaradılır. Qeyd edilən fondların yaradılması ciddi qanuniləşdirilmiş xarakter daşıyır və bu maliyyə münasibətlərinin fərqli cəhətlərindən biridir. Ümumi ictimai məhsulun paylaşdırılmasında həm də öz payını əmək haqqı, sahibkarlıq gəliri, dividentlər və vəsaitlərin yenidən paylaşdırılması üzrə digər formalarda götürən əhali iştirak edir. Bundan başqa, əhali həm də icbari xarakter daşıyan vergilərin ödənilməsi, digər ödənişlər vasitəsilə pul vəsaitlərinin mərkəzləşmiş fondlarının yaradılmasında iştirak edir. Bu, əhalinin gəlirlərinin və xərclərinin yaradılması və onlardan istifadə edilməsi ilə əlaqədar maliyyə münasibətləri sistemidir, həmçinin maliyyə münasibətləri sahəsini təşkil edir. Beləliklə, maliyyə iqtisadi kateqoriya kimi ümumi ictimai məhsulun yaradılmasında iştirak edən subyektlərin pul vəsaitləri fondlarının yaradılması və istifadə edilməsi prosesində əmələ gələn pul münasibətləri sistemidir. Maliyyənin səciyyəvi cəhətləri bunlardır: 1) münasibətlərin biznesin aparılması üzrə hüquqi normalara və ya etikaya əsaslanan, dəyərin əmtəə formasında hərəkətindən asılı olmayaraq real vəsaitlərin hərəkəti ilə əlaqədar olan paylaşdırıcı xarakteri; 2) bir qayda olaraq, pul vəsaitlərinin hərəkətinin biristiqamətli xarakteri; 3) pul vəsaitlərinin mərkəzləşmiş və qeyri-mərkəzləşmiş fondlarının yaradılması.
...