+2 səs
66 baxış
Terminlər, Sözlər bölməsində

Düyün nə deməkdir? 

3 Cavab

+1 səs
 
Toy sözünün sinonimi olan düyün kəlməsi var. Türk dillərinin bəzilərində (Qaqauz dilində) dünür (сватовство), dünürçü(сват), düyün(свадьба) kəlmələri işlədilir. Onlarda toy yox, yalnız düyün sözü mövcuddur, güman ki, düyün “quda”, “evlənmə” mənasını verən dünür sözü ilə bağlıdır. Maraqlıdır ki, düyün yalnız evlənmə məclisi ilə əlaqədar işlədilir. Düyün “iki gənci bağlayan, düyünləyən” de­məkdir, yalnız evlənmə ilə bağlıdır. Toy isə həm də “bayram, şadlıq” mə­na­larını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
+1 səs
1. İki ip və s.-nin bir-birinə bağlanmasından əmələ gələn yumru ilmək yeri, habelə ipin özünün ilmək halına salınmış yeri.
İpin düyününü açmaq.
2. Ağac, kol budağının gövdəyə, yaxud yarpağın zoğa birləşdiyi yer.
Ağacın düyünləri. Taxtada çox düyün var, rəndələmək çətindir.
3. Məcazi mənada: ilişik, həlli çətin məsələ, zor iş, dolaşıqlıq.
4. Məcazi mənada: dərd, kədər, qəm, ürək acısı.
Dəsmalın ağdı məndə; Güllüdü, ağdı məndə; Yar, sənin bir “yox” sözün; Düyündü, dağdı məndə. (Bayatı).
+1 səs
Bədii əsərdə ekspozisiya ilə kulminasiya arasında gələn süjet mərhələsi; zavyazka, rəbt.

Əsasən, nəsr və dra­matik əsərlərdə özünü göstərir. Düyün ziddiyyətlərin baş­lanması, hadisələrin, surətlərin qarşılaşdırılması, toq­quşması ilə yaranır və yazıçı ideyasına, məqsədinə xidmət edir. Mə­sələn, N.Gəncəvinin “Yeddi gözəl” əsərində Bəhramın ata­sı­nın vəfatından sonra taxtın özbaşına buraxılması və qonşu ölkələrin taxt-taca yiyələnməsi, Bəhramın hakimiyyət uğ­run­da mübarizəsi düyünün başlanması üçün əsas zəmindir. Düyün dramatik əsərlər üçün daha xarakterikdir.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 08 Fevralda anonim Terminlər, Sözlər bölməsində
0 səs
2 cavab
soruşub 02 İyunda anonim Terminlər, Sözlər bölməsində
+1 səs
4 cavab
soruşub 26 Mayda anonim Terminlər, Sözlər bölməsində
0 səs
1 cavab
soruşub 21 Mayda anonim Terminlər, Sözlər bölməsində
0 səs
2 cavab
soruşub 20 Mayda anonim Terminlər, Sözlər bölməsində
...