+1 голос
165 просмотров
от

Amerika Dövlətləri Təşkilatı nədir?

1 Ответ

0 гол-в
от
 
Лучший ответ

Amerika Dövlətləri Təşkilatı (ADT) — çoxfunksiyalı regional təşkilat. 1948-ci ildə regionda sülhün və təhlükəsizliyin qorunması, hərbi sahədə əməkdaşlığa nail olunması və üzv dövlətlərin inkişafının təmin edilməsi məqsədilə yaradılmışdır. Qərb yarımkürəsinin (Amerika və Latın Amerikası ölkələri) 34 dövləti bu təşkilatın işində yaxından iştirak edir. ADT-nin idarəetmə strukturu Baş Assambleya, Xarici İşlər nazirlərinin məsləhət müşavirəsi, sosial, iqtisadi, təhsil, elm və mədəniyyət sahələri üzrə şuralar, Baş Katiblik və s. orqanlardan təşkil edilmişdir. Soyuq müharibənin başa çatması ADT-nin fəaliyyət strategiyasında və metodlarında yeni meyillərin əmələ gəlməsinə səbəb olmuşdur. Demokratiya və insan hüquqlarının müdafiəsi, korrupsiya, terrorizm və narkobiznesə qarşı mübarizə aparılması ADT-nin əsas məqsədlərindən biridir. Təşkilat demokratik mühitin yaradılması üçün Haiti, Peru və Qvatemalada böyük missiya həyata keçirmişdir.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+2 гол-в
1 ответ
спросил 09 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
0 гол-в
1 ответ
спросил 24 Окт, 19 от аноним в категории Cəmiyyət, Siyasət, KİV
0 гол-в
1 ответ
спросил 22 Окт, 19 от аноним
+3 гол-в
1 ответ
спросил 04 Фев от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...