+2 səs
84 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Duma nədir? 

3 Cavab

0 səs
Ukrayna xalq ədəbiyyatında tarixi hadisələrdən və xalq qəhrəmanlarından bəhs edən mahnılar; kazak eposu.

Xüsusiyyətləri və məzmunu etibarilə rus bılinalarını xatırladır. Bılinalar kimi dumalar da nağılçı-banduristlər və kobzarlar tərəfindən xalq çalğı alətləri olan bandura, yaxud kobzarın müşayiəti ilə ifa olunur. Dumalar XVI–XVII əsrlərdə meydana çıxıb. Daha çox vətənpərvərlik və qəhrəmanlıq motivlərini əks etdirib. Sonralar rus şeirində mühüm ictimai mövzulara həsr olunmuş bir çox əsərlərə duma adı verilib. Bir sıra şairlər (A.V.Koltsov, M.Y.Lermontov və b.) öz lirik şeirlərinə duma adı qoyublar.
0 səs
Rusiya imperiyasında müxtəlif seçkili-nümayəndəli qanunverici, məşvərətçi və inzibati orqanların adı (məs.: Boyar Duması, dövlət duması, şəhər duması və s.).
0 səs
Rusiyada bir sıra mərkəzi və yerli idarə orqanlarının adı.
Şəhər duması üzvləri özləri üçün gəlir yeri tapıblar.

Oxşar suallar

+3 səs
2 cavab
soruşub 03 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
2 cavab
soruşub 25 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 18 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 15 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 12 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...