+3 səs
156 baxış
Biznes, Maliyyə bölməsində

“Maliyyə əlaqələri” anlayışına hansı əlaqələr aiddir? 

1 cavab var:

+1 səs
 
Ədəbiyyatda həm “maliyyə” termininin yaranması, həm də onun iqtidadi kateqoriyasının mahiyyəti haqqında müxtəlif təsəvvürlər mövcuddur. Bəzi müəlliflər təsdiq edirlər ki, bu termin XIII – XV əsrlərdə İtaliyanın ticarət şəhərlərində meydana gəldi, sonralar isə beynəlxalq sahədə yayıldı və əhali və dövlət arasında maliyyə əlaqələri sistemi ilə əlaqədar anlayış kimi tətbiq edilməyə başladı1 . Digər müəlliflər isə təsdiq edirlər ki, bu anlayış 1755-ci ildə “Respublika haqqında altı kitab” əsərini yazmış fransız alimi J. Boden tərəfindən işlənmişdir2 . Dövlətin mövcudluđu digər şeylərdən başqa, həm də yaradılan iqtisadi nemətlərin ali hakimiyyət qismində hökumət və diqər təkrar istehsal münasibətlərinin subyektləri arasında bölüşdürülməsi və yenidən paylaşdırılması ilə əlaqədar qarşılıqlı münasibətlərin müəyyən edilməsini tələb edir. Əslində, bu münasibətlər “maliyyə” anlayışı ilə müəyyən edilirdi.

Oxşar suallar

...