1. Teleradio yayımı fəaliyyəti ilə məşğul olmayan, adının, ticarət markasının tanınması, imicinin yüksəlməsi məqsədilə ayrılıqda bir verilişi və ya proqramı maliyyələşdirən fiziki, yaxud hüquqi şəxs.
Sponsorun yardımı ilə hazırlanmış verilişin əvvəlində və sonunda firma nişanını göstərməklə, titrlər və ya diktor mətni vasitəsilə bu barədə açıq informasiya verilməlidir. Xəbər buraxılışı və siyasi informasiya proqramı sponsorun maliyyə dəstəyi ilə hazırlana bilməz.
2. Çap kütləvi informasiya vasitələrinin istehsalı və ya yayımını adının, ticarət markasının tanınması, imicinin yüksəlməsi məqsədilə maliyyələşdirən fiziki, yaxud hüquqi şəxs.
Sponsorun maliyyə yardımı ilə hazırlanmış mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri yalnız mətbu nəşrin ayrı-ayrı saylarının sponsoru ola bilərlər.
3. Mədəni-kütləvi, digər tədbirlərin təşkili və keçirilməsi üçün könüllü maliyyə vəsaiti, maddi vəsaitlər ayıran, habelə ayrılmasını təmin edən, pulsuz xidmətlər göstərən hüquqi, yaxud fiziki şəxs.