+2 səs
2,616 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Sivilizasiya nədir? 

3 Cavab

+1 səs
 
1. Geniş mənada: “mədəniyyət” sözünün sinonimi.

2. Maddi və mənəvi mədəniyyətin müəyyən ictimai inkişaf mərhələsi, səviyyəsi; məs.: antik sivilizasiya, müasir sivilizasiya.

3. XVIII əsrin 60-cı illərində şotland filosofu A.Fergüsonun irəli sürdüyü və XVIII–XIX əsrlərdə Avropa elmində bəşəriyyət tarixinin keçdiyi üç dövrün (vəhşilik, barbarlıq, sivilizasiya) ən yüksək mərhələsini ifadə etmək üçün işlənilən termin.
+1 səs
Cəmiyyətin intellektə, sosial ədalətə, mədəni dəyərlərə və müəyyən texnologiyaya əsaslanan tarixi inkişaf mərhələsi.
Avropa sivilizasiyası.

XVIII əsrdə Avropada meydana çıxan “Sivilizasiya” anlayışı ümumbəşəri mahiyyət kəsb etmiş, mədəniyyətin sinonimi kimi işlədilərək dağıdıcılığa, vəhşiliyə – barbarlığa qarşı qoyulmuşdur. Mədəniyyət sivilizasiyanın inkişaf səviyyəsinin göstəricisi kimi çıxış edir. Sivilizasiyanın formalaşması hər hansı ölkənin maddi və mənəvi mədəniyyətinin müəyyən tarixi vəziyyəti ilə bağlıdır.
0 səs
Sivilizasiya (lat. civilis — mülki, dövlət)– müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünyada sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyi.

Oxşar suallar

0 səs
0 cavab
soruşub 21 Apreldə, 21 anonim
0 səs
0 cavab
soruşub 14 Apreldə, 21 anonim
0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 01 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...