1. Geniş mənada: “mədəniyyət” sözünün sinonimi.
2. Maddi və mənəvi mədəniyyətin müəyyən ictimai inkişaf mərhələsi, səviyyəsi; məs.: antik sivilizasiya, müasir sivilizasiya.
3. XVIII əsrin 60-cı illərində şotland filosofu A.Fergüsonun irəli sürdüyü və XVIII–XIX əsrlərdə Avropa elmində bəşəriyyət tarixinin keçdiyi üç dövrün (vəhşilik, barbarlıq, sivilizasiya) ən yüksək mərhələsini ifadə etmək üçün işlənilən termin.